Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
Niyaməddin Orduxanlı: “Bununla da daim Azərbaycanı təzyiq altında saxlamaq istəyir”
“Nikol Paşinyanın "Sülh kəsişməsi" projesi əslində Qərbin layihəsi idi və Zəngəzur dəhlizinə alternativ olaraq irəli sürülüb. Ermənistan müxtəlif şərtlər irəli sürərək bütün imkanı ilə çalışır ki, öz maraqlarını realladşırsın. Digər tərfdən Azərbaycanla sülh sazişi imzalanmadan Türkiyə ilə sərhədlər açılsın”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlı əlavə edib ki, bu da, Qərbin planıdır, ABŞ və Ermənistanın maraqlarına xidmət edir: “Ancaq Türkiyə Azərbaycanla sülh sazişi imzalamayan Ermənistanla sərhədləri açmamalıdır. Çox inanırıq ki, qardaş Türkiyə də Azərbaycanla eyni fikirdədir. Ermənistan zaman qazanır. Xüsusən Rusiyada və bölgədə baş verən hadisələri gözləyirlər. Ümid edirlər ki, Rusiya Ukrayna müharibəsində uduzacaq, yaxud Putin devriləcək. Və Rusiyada qərbpərəst şəxs hakimiyyətə gətirilcək.. Bundan sonra 1992-ci ildə baş vermiş proseslər baş verəcək və Rusiya Azərbaycan torpaqlarının yenidən işğal edilməsi üçün ermənilərə dəstək verəcək.
Bir məqama da diqqət ayırmaq istəyirəm. Görürsünüz ki, son zamanlar Amerika Azərbaycana təzyiq edir. Qarabağdan getmiş erməniləri Azərbaycana qaytarmaq istəyirlər. Qarabağdan gedən ermənilər Ermənistanda və başqa ölkələrdə məskunlaşır. Vaxt getdikcə onları geri qaytarmaq çətinləşəcək. ABŞ erməniləri beynəlxalq güclərin təminatı altında Qarabağa qaytarmaq və bununla da daim Azərbaycanı təzyiq altında saxlamaq istəyir. Həm də düşünür ki, yaxın gələcəkdə regionda geosiyası vəziyyətin dəyişməsi ilə İran Qərbin maraqlarına qarşı çıxma bilməyəək. Əlbəttə Türk dünyasının quru yollarla bir-birinə bağlanmasına, Avrasiya məkanında türk dövlətlərinin yeni güc mərkəzinin formalaşmasına qarşıdırlar. ABŞ həm də Türkiyəyə ciddi təzyiq göstərir ki, Ermənistanla sərhədləri açsın. Təsadüfən vurğulamadım ki, Türkiyə dəfələrlə bəyan edib ki, Azərbaycanla münasibətləri tənzimləməyənə qədər Ermənistanla sərhədləri açmayacaq. Amerika da noyabrın 5-də keçiriləcək prezident seçkisinə qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına çalışır. Paşinyanın da təklif etdiyi layihənin mahiyyəti buna söykənir. Paşinyanın bu hiyləsini isə çox yaxşı görürük. Amma görünən odur ki, “Sülh kəsişməsi” projesi “Spitak kimi” batır...”.
“ABŞ erməniləri beynəlxalq güclərin təminatı altında Qarabağa qaytarmaq...”