Azərbaycanla İspaniya arasında məsləhətləşmələr oldu Siyasət

Azərbaycanla İspaniya arasında məsləhətləşmələr oldu

Madrid şəhərində Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Bu barədə Xalqcebhesi.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 11-də baş tutan iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya nümayəndə heyətinə isə xarici və qlobal işlər üzrə dövlət katibi Dieqo Belio Martinez rəhbərlik ediblər.

İclas zamanı Azərbaycan və İspaniya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Səfər zamanı F.Rzayev həmçinin İspaniyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də tədqiqatçılar və ekspertlərlə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.