“Koreyada savaş baş verərsə...”-Əziz Əlibəyli Siyasət

“Koreyada savaş baş verərsə...”-Əziz Əlibəyli

“Cənubi Koreya administrasiyasının məlumatına görə, Şimali Koreya ordusu Cənubi Koreyaya birləşdirən yolları və körpüləri partlatmağa hazırlaşır. Koreyada savaş baş verərsə, bu nə Ukraynaya, nə də Fələstinə bənzəyəcək”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib. Ekspert əlavə edib ki, Çininin hegemoniya savaşında verəcəyi ilk qlobal hərbi sınaq bu olacaq: “Sakit Okean bir xəzinədir, sahəsi, mövqeyi resursu, qiyməti. Tükənən quruda cəlbedici okeaniya üçün kim vuruşmaz ki...
Onu da nəzərə almalıyıq ki, bölgədə Cənubi Koreya, Yaponiya kimi hərbi baxımından dünyanın TOP 10-luğunda olan ölkələr var”.