“Bu prosesə mane ola bilməyəcəklər”-Ceyhun Məmmədov Siyasət

“Bu prosesə mane ola bilməyəcəklər”-Ceyhun Məmmədov

“Qərb COP29 öncəsi ölkəmizə qarşı təzyiqləri artırır. Burada məqsəd Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq və ölkəmizin nüfuzuna xələl gətirməkdir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O, Qərb dairələri ilə müəyyən qrupların, dövlətlərin birləşib Azərbaycana qarşı bu addımları atdıqlarından bəhs edərək qeyd edib ki, burada əsas məqsəd və hədəf ölkəmizin nüfuzuna xələl gətirmək, Azərbaycanı dünyada yanlış istiqamətdə təbliğ etməkdir: “Ən əsası isə ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirməsinə mane olmaqdır. Yəni Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onları çox narahat edir və ona görə də onlar bu cür təbliğatı, təxribatları ölkəmiz əleyhinə davam etdirirlər. Ancaq bu prosesə mane ola bilməyəcəklər, Azərbaycan bütün məqsədlərinə nail olacaq”.

Röya İsrafilova