Paşinyan Tokayevin təklifini qəbul etsə... - Politoloq Siyasət

Paşinyan Tokayevin təklifini qəbul etsə... - Politoloq

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlara ölkəsinin ev sahibliyi təklifini israrla gündəmə gətirir. O, bu dəfə erməni həmkarı Vaaqn Xaçatryanla görüşdə təklifini təkrarlayıb: “Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazırdır”.

Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Tokayevin sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də eyni təklifi səsləndirdiyini bildirib:

“İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib. Yəni əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Tokayevin təklifini qəbul etsə, yaxın müddətdə görüşlər Astana və ya Almatıda başlaya bilər. Bu, hamı üçün faydalı olar. Cənubi Qafqaz və Türküstan uğrunda mübarizə aparan dövlətlərin hər birinin Qazaxıstanla yaxşı münasibətləri var. Tokayev ölkəsini bir dəfəlik görüş yeri kimi deyil, platforma kimi təklif edib. Yəni Tokayev Azərbaycan və Ermənistan rəsmiləri və diplomatları arasında Qazaxıstan ərazisindəki görüşlərin sülh sazişi imzalanana qədər davam edirilməsinin tərəfdarıdır”.