“Antiazərbaycan cəbhəsi formalaşdırılıb, əsas hədəf COP29 seçilib”-politoloq Siyasət

“Antiazərbaycan cəbhəsi formalaşdırılıb, əsas hədəf COP29 seçilib”-politoloq

“Azərbaycanın adı ətrafında müxtəlif dezinformasiyalar, daxildə insan haqları ilə bağlı süni görüntü yaratmaqla, beynəlxalq təşkilatlarda davamlı təbliğat aparmaqla antiazərbaycan cəbhəsi formalaşdırılıb. Burada da əsas hədəf COP29 seçilib”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva deyib.
Y.Hacıyeva bunun bir neçə səbəbinin olduğunu vurğulayıb: “Azərbaycanın təqdimatında COP29-un iqlim təşəbbüslərinin yerli və beynəlxalq səviyyədə siyasi, iqtisadi və sosial iştirakçılıqla stimullaşdırılması, daha öncəki bu tip tədbirlərdən fərqli olaraq yerli və beynəlxalq təcrübənin öyrənilməsi, iqlim dəyişikliyinin fəsadlarını önləyəcək faydalı təşəbbüslərin ortaya çıxarılması aparılır. Bunun da özündən əvvəlkilərdən fərqi, mütərəqqi təcrübə və nümunə olmasıdır”.

Röya