Üçüncü Dünya Müharibəsi: ABŞ və İsrail alət kimi istifadə olunur Siyasət

Üçüncü Dünya Müharibəsi: ABŞ və İsrail alət kimi istifadə olunur

“Əslində Üçüncü Dünya Müharibəsi fərqli formada başlayıb. Ukraynada Rusiyaya qarşı kollektiv Qərbin müharibə apardığı bəllidir. Digər tərəfdən Yaxın Şərqdə baş verənlər təhlükənin miqaysını daha da böyüdəcək”.

Bu fikirklri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Ə.Zülüfqaroğlu bildirib ki, İsrailin Livanda BMT missiyasının qərarghına hücum etməsi artıq onsuz da formal olan beynəlxalq hüququn tamamilə dəfn edilməsi idi: “İsrailin buna necə cəsarət etməsi əslində baş verənləri tamamilə ayndınladır. Bu artıq dünya müharibəsi ilə bağlı yeni və təhlükəli mərhələnin balşanmasıdır. Bu ilk növbədə təhlükəli presedent yaradır. Yəni bu addım artıq dünyanın heç bir yerində heç bir diplomatik korpusun güvəndə olamaması anlamına gəlir. Əlbəttə baş verənlər onu deməyə əsas verir ki, İsrail təkbaşına, yaxud sadəcə ABŞ hökumətinin köməyi ilə bu addımları atmır. Görünən odur ki, İsrailin dini fanatizm siyasətinin dağıdıcı nəticələrinə yaşıl işıq yandıran güclər var. Bu, ABŞ-ni də silahlı güc kimi istifadə edən beynəlxalq maliyyə təsisatlarıdır. Məqsəd dünyanı xaosa sürükləmək, dövlətləri iqtisadi cəhətdən çökdürmək və öz hegemoniyalarını qorumaq üçün çöküş prosesinə qədəm qoyan maliyyə sistemini yeniləməkdir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, baş verənləri təqdim olunan mənzərə üzərindən təhlil etmək mümkün deyil: “Əlbəttə burada tamamilə başqa niyyətlər var və İsrail və onun radikal dini fanatlardan ibarət hökuməti də sadəcə alətlərdən biridir”.

Ə.Zülüfqaroğlu əlavə edib ki, müxtəlif dövlətlərin yarana biləcək geosiyasi zəmindən istifadə etməyə çalışması əslində bu ssenarinin arxasında olanların planlarının işləməsi üçün daha uyğun zəmin formalaşdırır. Məsələn Ukrayna və Yaxın Şərqlə yanaşı, Tayvan, Cənubi Qafqaz, Yunanıstan və digər “minalar” də bu qəbildəndir. Dünyada Üçüncü Dünya Müharibəsinin dağıdıcı mərhələyə keçməsini istəyən güclər var və bu artıq vaş verir”.

Siyasi şərhçi onu da diqqətə çtdırıb ki, İkinci Dünya Müharibəsinin nəticəsinə baxsaq, hazırda baş verənləri müəyyən qədər anlamaq mümkündür: “İkinci Dünya Müharibəsinin nəticəsində dövlətlər iqtisadi cəhətdən çökdü. Beləliklə də beynəlxalq banklardan asılı vəziyyətə düşdülər. Nəticədə beynəlxalq banklar istədiklərinə nail oldular. Mərkəzi bankların müstəqilliyi, dolayısı ilə FED-in flialı statusunda fəaliyyət göstərməsinə şərait yaratdılar. Daha sonra isə dolların dünyada rezerv valyuta olması reallaşdırıldı. 1971-ci ildə isə qızıla indeksli dollar sistemi dəyişdi, yəni FED istədiyi həcmdə, qarşılıqsız dollar çap etmək hüququ əldə etdi. Neft və qazın dünyada dollarla satılmasına nail olundu və beləliklə də bu sistem perodollar sistemi adlanmağa başladı. Yəni, arxasında əmtəə olmayan, kağızlarla manipulyasya sistemi. İndi də bu sistem təbii olaraq çökür. Əgər bu sistem sahiblərinin nəzarətindən kənar çökərsə ki-hazırda məhz proseslər bu istiqamətdə davam edir, o zaman dollar mərkəzli qlobal maliyyə təsisatlarının dünya hegemoniyası bitir. Bunun bitməməsi üçün də Üçüncü Dünya Müharibəsi də daxil olmaqla hər yola gedəcəklər. Xüsusilə 2020-ci ildən başlayaraq təhlükəli proseslər daha ciddi məcraya qədəm qoyub. Qlobal maliyyə sistemi BRİKS, Avrasiya İqtisadi İttifaqı və Şanxay əməkdaşlıq Təşkilatı kimi alternativləri özünə təhdid olaraq görür. Bu səbəbdən də yeni dünya nizamında hər şey yenidən qlobalçıların nəzarətində olması üçün xaos, iqtisadi böhran, qıtlıq və müharibələr lazımdır. Buna görə də, İsrailin radikal dindarlardan ibarət hökuməti və fanatizmi özündə ehtiva edən ideologiyası ən uyğun alətlərdən biridir”.