Qərb Cənubi Q!afqaza təsir mexanizmlərini işə salıb Siyasət

Qərb Cənubi Q!afqaza təsir mexanizmlərini işə salıb

Hər iki ölkə bölgədə sülhün bərqərar olması üçün birgə səy göstərməlidir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Fuad Əliyev deyib.

O, qeyd edib ki, Qərb adəti üzrə Cənubi Q!afqaza təsir mexanizmlərini işə salıb:

“Qərb isə Gürcüstanda özünə sərf edən, təsir altında qalacaq “marionet” hakimiyyət formalaşdırmağa çalışır. Fikir verin, Gürcüstan hakimiyyəti tərəfindən “Xarici agentlər haqqında" qanun qəbul edildikdən sonra Aİ gürcü hökumətinə yardımı dondurub və ölkənin ittifaqa qoşulmasından imtina ilə təhdid edib. ABŞ isə bəzi Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq edib.Bu birbaşa Gürcüstanın daxili işlərinə qarışmaq deməkdir.

Sözsüz ki, bu müdaxilələr birinci növbədə Azərbaycan-Gürcüstan münasibətlərinə böyük istiqamətlərdə təsir edə bilər. Hər iki ölkə bölgədə sülhün bərqərar olması üçün birgə səy göstərməlidir”.