“Xalqımızın ürəyindəki müstəqillik alovu, atəşi heç vaxt sönmədi” Siyasət

“Xalqımızın ürəyindəki müstəqillik alovu, atəşi heç vaxt sönmədi”

“18 Oktyabr Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixinin müasir mərhələsinin ən parlaq səhifələrindən biridir”. Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, 1918-ci il Mayın 28-də yoxdan bir Respublika var edən əcdadımız o ümidlə bu yola çıxmışdı ki, gələcək nəsillər onların bu ideallarına sahiblənəcək: “Sonrakı mərhələdə Rusiya Sovet İttifaqı adı altında Azərbaycan Xalq Cümhuriyyətini (AXC) işğal edib, 71 il əsarətdə saxlasa da, xalqın ürəyindəki müstəqillik alovu, atəşi heç vaxt sönmədi, nəsildən-nəsilə ötürüldü və nəticə etibarı ilə 1988-ci ildə başlayan hərəkat gətirib ona çıxardı ki, 1991-ci il Oktyabrın 18-də Azərbaycan Respublikası özünün müstəqilliyini bərpa etdi. Yəni AXC-nin varisi olaraq yenidən müstəqil dövlət kimi meydana atıldı”.

Röya İsrafilova