“Hakim partiya böyük ehtimalla qalib gələcək” Siyasət

“Hakim partiya böyük ehtimalla qalib gələcək”

“Azərbaycan hər bir Gürcüstan hökuməti ilə əməkdaşlığını davam etdirəcək. Bu 30 ildə Gürcüstanda da, Azərbaycanda da hakimiyyətlər, hökumətlər dəyişilib, amma Gürcüstan Azərbaycan strateji partnyorluğu qorunub, saxlanıb, inkişaf edib”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov söyləyib.
O əlavə edib ki, Gürcüstanda hakimiyyət dəyişdiyi halda da bizim partnyorluğumuz davam edəcək, Gürcüstanla olan layihələrimiz inkişaf etdiriləcək: “Sadəcə olaraq hakimiyyət boşluğu yarandığı, hakimiyyətlər, nazirlər tez-tez dəyişdiyi halda bizim əlaqələr zəifləyir və istədiyimiz şəkildə, istədiyimiz sürətlə bu layihələri gerçəkləşdirə bilmirik, yaxud maneələr əmələ gəlir. Təbii, bunu biz istəməzdik. İndiki hakim partiya böyük ehtimalla ya qalib gələcək, ya da böyük səslərin sahibi kimi Parlamentdə qalacaq. Səs çoxluğu əldə etmədiyi halda orada koalision hökumət olmalıdır. Nə dərəcədə bu, mümkün olacaq, nə dərəcədə stabil hökumət olacaq, bax, əsas məsələ budur”.