“Təcili yardımda yeniliklərin tətbiq edilməsi vacib addımdır”-Vaqif Qarayev Siyasət

“Təcili yardımda yeniliklərin tətbiq edilməsi vacib addımdır”-Vaqif Qarayev

“Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətində yeniliklər effektiv nəticələrə səbəb olacaq. Çağırışı mobil tətbiq vasitəsilə də verməyin mümkünlüyü, ən əsası sürücülərin işini asanlaşdıran interfeys tətbiq olunması önəmli addımlardır. Yəni sürücü xəstənin olduğu məkanı daha tez tapacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri həkim-pediatr Vaqif Qarayev deyib: “Düşünürəm ki, bu çox vacib məsələdir. Çünki indi kim harada istəsə ev tikib. bəziləri heç öz ünvanını doğru düzgün bilmir. Bu baxımdan təbiq olunan yeniliklər əhəmiyyətlidir”.