“Gürcüstandakı seçkilər Azərbaycan üçün də önəm kəsb edir” Siyasət

“Gürcüstandakı seçkilər Azərbaycan üçün də önəm kəsb edir”

“Gürcüstandakı seçkilər təbii ki, Cənubi Qafqazın üç dövlətindən biri kimi Azərbaycan üçün də önəm kəsb edir. Azərbaycan Gürcüstanla dost, qonşu dövlətdir. Bizim Gürcüstanla münasibətlərimiz yürüdülən siyasət nəticəsində həmişə yaxşı olub, gündən-günə inkişaf etməkdədir. Təbii ki, Gürcüstanda son vaxtlar baş verən hadisələr bizi də narahat etməyə bilməz”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.
O bildirib ki, Gürcüstan 2003-cü ildə “Qızılgül inqilabı”ndan sonra hakimiyyətə gələn Mixail Saakaşvilinin rəhbərliyi altında Qərb yönümlü siyasət yürütməyə başladı: “Nəticədə bir neçə il sonra Gürcüstanla Rusiya arasında münasibətlər pisləşdi. Bunun da əsas səbəbkarı Qərbdən olan institutlar və dövlətlər oldu ki, 2008-ci il avqustun 8-də müharibə reallaşdı və Gürcüstanın ərazilərinin əhəmiyyətli bir hissəsi bu gün də Gürcüstanın nəzarəti altında deyil. Düşünürəm ki, əslində bu hadisələr gürcü xalqına çox şeyləri göstərdi. Ən sonda Saakaşvilinin özünün taleyi bir daha onu göstərdi ki, Qərb institutları və dövlətləri üçün yalnız və yalnız planlar var. Onlar öz işlərini görüb bitirdikdən sonra artıq Qərbə lazım deyillər. Təbii ki, bu layihələr Qərbdən reallaşdırılır, onlar istəklərinə çatdıqdan sonra o layihələrə rəhbərlik edən şəxslərə belə onların müqəddəratı, taleyi maraqlı deyil”.

Röya İsrafilova