Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan Siyasət

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Postsovet məkanının cənub tərəfində NATO ilə Azərbaycan qədər güclü əlaqələri olan ikinci ölkə tapmaq mümkün deyil.

Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözlər erməni ekspert Arman Abovyanın məqaləsində yer alıb.

O iddia edib ki, NATO Türkiyə və Azərbaycanla birgə Ermənistanın cənub hissəsinə nəzarəti Bakıya vermək üçün hər şeyi edir.

Abovyan NATO generallarının ötən həftə Azərbaycana gəlib, Hərbi Qənimətlər Parkını ziyarət etməsinin Ermənistandakı qərbyönlülər üçün biabırçılıq olduğunu bildirib:

“Anlamalıyıq ki, NATO, Türkiyə-Azərbaycan tandemi və Qafqazdakı digər geosiyasi oyunçular hər şeydən öncə öz maraqlarını qoruyurlar. Ermənistanın maraqları isə onlarınkı ilə qismən üst-üstə düşür. Bu o deməkdir ki, sabah türklər Zəngəzur dəhlizinə fiziki müdaxilə etsələr, NATO heç bir şey etməyəcək. Bu bizim xoşumuza gəlsə də, gəlməsə də faktdır”.