“Dövlətin varlığı sual altında idi”-spiker Siyasət

“Dövlətin varlığı sual altında idi”-spiker

“33 il öncə bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpa olunması Azərbaycanın uzun illər arzusunda olduğu müstəqilliyinin gerçəkləşməsi idi”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı spiker Sahibə Qafarova deyib.
Spiker əlavə edib ki, Azərbaycan tarixdə iki dəfə müstəqillik əldə edib: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Azərbaycan tarixinin önəmli hadisəsidir. Parlamentli respublikasın qurulması ilə bütün müsəlman şərqinin tarixində yeni səhifə açıldı.
1991-ci il oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa etdi.
Hərc-mərclik dönəmində Ermənistan işğalçılıq planlarını günü gündən genişləndirirdi. Dövlətin varlığı sual altında idi. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın gözləyən təhlükənin qarşısını aldı, xalqımızı və dövlətimizi inkişaf dövrünə çatdırdı...”.