“Təhdid və təzyiqlər Azərbaycan cəmiyyətini birləşdirir”-Əli Əhmədov Siyasət

“Təhdid və təzyiqlər Azərbaycan cəmiyyətini birləşdirir”-Əli Əhmədov

“Azərbaycanın əldə etdiyi müstəqilliyin qorunması bu gün də öz aktuallığını saxlamaqdadır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib. Ə.Əhmədov diqqətə çatdırıb ki, Vətən Müharibəsində əldə etdiyimiz qələbə Azərbaycanı gözü götürməyən qüvvələr tərəfindən təzyiqlərin başlanmasına səbəb olub: “Azərbaycana qarşı müxtəlif təhdid və təzyiqlər başlayıb.
Amma sevindirici hal ondan ibarətdir ki, bu gün təhdid və təzyiqlərin olması Azərbaycan cəmiyyətini birləşdirir, monolitliyini təmin edir.
Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir”.