“2024-cü ilin 18 oktyabrı parlaq Vətən müharibəsinin nəticəsidir” Siyasət

“2024-cü ilin 18 oktyabrı parlaq Vətən müharibəsinin nəticəsidir”

“Xalqımız 8 noyabr Zəfər, 20 sentyabr Suverenlik gününə qədər 1991-ci ildə qazandığı müstəqilliyi öz təqvimində qara haşiyənin işğalı altında qeyd edirdi. 2024-cü ilin 18 oktyabrı əsla 33 il əvvəlki tarix deyil, parlaq Vətən müharibəsinin nəticəsidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Zahid oruc deyib.
Z.Oruc bildirib ki, yulian təqvimini qalibiyyətləri ilə Roma imperiyasına bəxş edən Sezar kimi, ordu və xalqı ilə birlikdə İlham Əliyev də Azərbaycanın qələbələrini somvollaşdırdı, işğal keçmişindən, məğlubiyyət, soyqırım, köçkünlük əsrindən xilas olduğu yeni təqvim yaratdı: “Müstəqilliyimizə 3 əsrlik tariximizdən baxsaq-xanlıqlar, çarizm, sovetlər və ondan sonrakı dövrdə azərbaycanlıların dövlət və millət varlığı həmişə Rusiya imperiyası və İrandan, ya da Cümhuriyyət qurucularının gedib yardım istədikləri vudro vilsonlardan asılı olub. 1-ci Pytordan sonra heç bir rus lideri erməniləri azərbaycanlılara qurban verməyib. İlham Əliyev 300 illik tarixin gedişini və hökmlərini dəyişdirdi, özünün dediyi kimi, qlobal layları tərpətdi. Qarabağı və Naxçıvanı xilas edən Nərimanov da, İranda azərbaycanlı davası aparan Bağırov da Azərbaycanı indiki qədər müstəqil edə bilməyib. Heydər Əliyev kursu xalqımızı həqiqi müstəqilliyə qovuşdurdu və biz indi 1991-ci ildəki oktyabrdan yox, 2020-ci ildən sonrakı yeni tarixdən danışırıq”.