“1991-ci ildə işğalı həyata keçirənlər öz ədalət məhkəmələrini gözləməlidir” Siyasət

“1991-ci ildə işğalı həyata keçirənlər öz ədalət məhkəmələrini gözləməlidir”

“İndiki azadlığımızın 3-cü atributu 1991-ci ildə işğalı həyata keçirənlərin öz ədalət məhkəmələrini gözləmələridir. İkinci dünya müharibəsindən sonra, 75 ildə bu heç bir dövlətə ayrılıqda müyəssər olmayıb”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Zahid oruc deyib.
Z.Oruc bildirib ki, bir çox keçmiş sovet ölkəsindən fərqli olaraq, ölkəmizdə hakimiyyət Brüsseldən təyin olunmur: “O cümlədən, İran dövləti qacarlardan sonra ilk dəfə müharibədə Qələbəmizdən bəhrələnmək və azərbaycanlıları Ali Dini Şura ətrafında birləşdirmək üçün Pezeşkianın timsalında bir azərbaycanlını 80 namizədin içindən xalqa rəhbər seçdi. Zəfərimizdən faydalandılar. 1905-1906-cı ilər, 1918-1920-ci illər savaşı, 1948 və 1988-ci ilin deportasiyası, ötən əsrin axırı və 2023-cü ildə sona çatan erməni-azərbaycanlı konfliktini indi əbədi qurtarmaq və daimi sülhü bərqərar etmək də məzh Azərbaycandan asılıdır”.