“Növbə Gürcüstan və Ermənistana çatıb”-politoloq Siyasət

“Növbə Gürcüstan və Ermənistana çatıb”-politoloq

“Bu gün Cənubi Qafqaz bir sıra çağırışlarla üz-üzədir. Cənubi Qafqazda gedən çağırışlar əsasən ondan ibarətdir ki, beynəlxalq, qlobal güclər Rusiya və İranla mübarizəsi kontekstində bu regiona xüsusi diqqət ayırıblar”. Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov bildirib. Z.Məmmədov əlavə edib ki, Şərqi Avropadakı, Ukraynadakı proseslərdən sonra növbə Gürcüstana, Ermənistana çatıb: “Biz bunu əyani şəkildə çox yaxşı görməkdəyik. Belə olan təqdirdə Gürcüstandakı seçkilər ərəfəsində də Qərbin ciddi şəkildə təzyiqlərinin olduğunu görürük. Rusiya və Qərb Gürcüstanda hakimiyyətə gələcək siyasi partiyalar uğrunda hazırda ciddi şəkildə mübarizə aparırlar və bu, seçki günündə, hətta seçkidən sonra da davam edəcək”.

Röya İsrafilova