BƏƏ səfiri Cavanşir Paşazadəni qəbul edib Siyasət

BƏƏ səfiri Cavanşir Paşazadəni qəbul edib

Oktyabrın 17-də səfir Zati-aliləri Məhəmməd Əl Bluşi BƏƏ-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Zati-aliləri cənab Cavanşir Paşazadəni qəbul edob.

Bu barədə "Xalq Cəbhəsi"nə BƏƏ-non Azərbaycandakı səfirliyindən bildirilib.

Görüşdə Zati-aliləri Səfir cənab Paşazadəni yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun Rəhbəri seçilməsi münasibətilə təbrik etdi.

Cənab Cavanşir Paşazadə Zati-aliləri səfirə dərin minnətdarlığını bildirərək, həm Azərbaycan, həm də Əmirlik xalqlarının birliyini, iki ölkənin parlament üzvlərinin növbəti 5 il ərzində yeni layihələrin hazırlanması istiqamətində səylərini vurğuladı.

Cavanşir Paşazadə hər iki ölkə liderlərinin dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirərək və dövlət başçılarının rəsmi səfərlərini buna sübut kimi vurğuladı.

O, göstərdiyi fədakar səylərə görə Zati-aliləri Səfirə dərin minnətdarlığını bildirib, iki ölkə arasında iqtisadi, mədəni və siyasi sahələrdə səmərəli əlaqələrdən bəhs etdi.

Cənab səfir, həmçinin cənab Paşazadəni səfirlikdə salamlamaqdan böyük şərəf duyduğunu bildirib və səfir kimi fəaliyyəti dövründə Azərbaycanda bir sıra uğurlu layihələrin həyata keçirilməsinə töhfə verdiyini və gələcəkdə də böyük layihələrin həyata keçirilməsinə töhfə verəcəyini vurğuladı.

Zati-aliləri səfir həmçinin qeyd etdi ki, COP 29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi böyük hadisədir və şübhəsiz ki, Azərbaycan bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəkdir.

Sonda Zati-aliləri səfir növbəti il üçün hər iki ölkənin parlamentlərinə yeni layihələrin təklif olunmasını nəzərdən keçirəcəyini və bu işə şəxsən töhfə verəcəyini qeyd edib.

Cavid