“Türk Dövlətləri Birliyinin yaradılması və güclənməsi Azərbaycanın ən böyük arzularından biridir” Siyasət

“Türk Dövlətləri Birliyinin yaradılması və güclənməsi Azərbaycanın ən böyük arzularından biridir”

“Azərbaycan 1991-ci ilin oktyabrın 18-də Konstitusiya Aktını qəbul etməklə müstəqilliyini bəyan etdi və uzun illər bu müstəqillik uğrunda mübarizə getdi”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov eyib.

O qeyd edib ki, bu mübarizənin nəticəsi olaraq 2023-cü ilin sentyabrında 100 il əvvəl yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti tarixdən silindi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarında əmin-amanlıq yaradıldı: “Bu gün 18 Oktyabr tarixini qeyd etməklə biz bir daha Azərbaycanın müstəqilliyi haqqında müstəqilliyinin bərpasını bayram kimi qeyd edirik. Eyni zamanda, 1991-ci ildən 2023-cü ilədək olan tarix və bu tarixdə Azərbaycan xalqının qəhrəmanlığını, xalqa rəhbərlik edən Ali Baş Komandan kimi Nadir şahdan sonra Azərbaycan torpaqlarını geri qaytara bilən İlham Əliyev cənablarının xidmətlərini qeyd edirik. Qoy, Azərbaycanın bayramları çox olsun, Azərbaycan dünyanın xoşbəxt xalqları kimi yaşasın. Mən əminəm ki, ölkəmiz bu yolla irəliləyir, onun uğurları artıq türk dünyasının uğurlarıdır. Çünki bütün türk dünyasının, Türk Dövlətləri Birliyinin yaradılması və güclənməsi Azərbaycanın ən böyük arzularından biridir”.

Röya İsrafilova