Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüş keçirib Siyasət

Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüş keçirib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsinin ərazisində seçicilərlə növbəti görüş keçirib.
Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 19-u saat 11:00-da keçirilən görüşdə seçicilər müxtəlif problemlərlə bağlı şikayətlərini səsləndiriblər.
Xüsusilə binaların dam örtüyü və su-kanalizasiya xətlərində olan çatışmazlıqlar, bəzi həyətlərdə abadlıq işlərinin aparılmaması və.s məsələlərdən şikayət ediblər.
Sakinlər həmçinin su problemi, liftlər, bəzi məhəllələrdə tullantıların vaxtında daşınmaması, uşaqlar üçün oyun meydançalarının olmaması ilə bağlı narahatlıqlarını diqqətə çatdırıblar.
Bəzi seçicilər isə müəyyən tikintilərin yaratdığı narahatlıqlar, bir sıra küçələrdə asfalt örtüyünün sıradan çıxması, təmirə ehdiyacı olan balkonlar və digər məsələlərlə bağlı narazılıqlarını ifadə ediblər.
Şikayətləri dinləyən millət vəkili qaldırılan problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib.
Millət vəkili eyni zamanda əlavə edib ki, bundan öncə keçirilən görüşdə qaldırılan məsələlər müvafiq qurumların diqqətinə çatdırılıb və bu istiqamətdə tədbir görüləcəyinə söz verilib.