“Yaxın vaxtlarda Makronun da ağlı başına gələcək”-Siyavuş Novruzov Siyasət

“Yaxın vaxtlarda Makronun da ağlı başına gələcək”-Siyavuş Novruzov

“Azərbaycan nəinki Cənubi Qafqazın açarı, eyni zamanda Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən ən mühüm dövlətdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat əlavə edib ki, buna görə də ABŞ prezidentinin Azərbaycan prezidentinə göndərdiyi məktubda Azərbaycanın nailiyyətləri ilə yanaşı Ermənistanın da düşdüyü vəziyyətdən çıxarılmasına cəhdlər müşahidə olunur: “Məktubda “regionda minilliklərlə davam edən mübarizə”,-ifadəsi var. Bu minillik haradan əmələ gəlib. Ermənilər 200 ilə yaxındır ki, bölgəyə köçürülüb. Erməni tarixinin süni şəkildə yaradılması ABŞ prezidentinin məktubunda da öz əksini tapıb. Qarabağ ərazisində heç bir erməni dövləti olmayıb. Hesab edirəm ki, yaxın vaxtlarda Makronun da ağlı başına gələcək. Öz səhvlərini etiraf etməklə yanaşı Azərbaycan və Türk dünyası ilə əməkdaşlığın qurulmasına cəhd edəcək”.