“Şəhidlərin, qəhrəmanların haqqında məqalə hazırlanarkən...”-Fazil Mustafa Siyasət

“Şəhidlərin, qəhrəmanların haqqında məqalə hazırlanarkən...”-Fazil Mustafa

“Vikipeditya könülllülərinin sayı artılrmalıdır, onların bu sahədə bilikləri dərinləşdirilməlidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin oktyabrın 22-də keçirilən iclasında deyib.
Milli Məclisin üzvü bildirib ki, vikipediyanın əsas tələbi neytral baxışı qorumaqdır: “Vikipediya internet üzərindən könüllü istifadəçilərin yaratdığı məlumatlardan ibarət açıq onlayn ensiklopediyadır. Ancaq nədənsə Azərbaycan seqmentində qəhrəmanlarımıza, şəhidlərimizə aid 3 min məqaələ silinib. Burada kimisə günahlandırmaq istəmirik. Məsələ burada vikipediya savadlılığı ilə bağlıdır. Yəni elə ola bilər ki, bu məqalələr elə hazırlana bilər ki, onlar silinməsin. Şəhidlərin, qəhrəmanların haqqında məqalə hazırlanarkən onların peşə və bacarıqları qabardılaraq qeyd olunsun”.