“Alayarımçıq sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz”-Ziyafət Əsgərov Siyasət

“Alayarımçıq sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz”-Ziyafət Əsgərov

“Azərbaycan sülh müqaviləsinin bağlanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsinini dəfələrlə vurğulayıb. Amma Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.
Z.Əsgərov əlavə edib ki, 1995-ci ildə onların Konstituyası qəbul olunanda Azərbaycana qarşı ərazi iddiaları irəli sürüblər: “Ona görə də sülh müqaviləsinin bağlanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Heç birn alayarımçıq sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Buna görə təzyiqlər olsa da, bizə hüquqi təmiant lazımdır. Bunu da Ermənistan xalqı referendum nəticəsində etməlidir”.