Simonyan: Ermənistanın COP29-da iştirakla bağlı yekun qərarı yoxdur Siyasət

Simonyan: Ermənistanın COP29-da iştirakla bağlı yekun qərarı yoxdur

Ermənistanın hələ Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirakla bağlı yekun qərarı yoxdur.

APA-nın xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

O deyib ki, bunun üçün ilk növbədə həmin konfransın ölkəyə hansı faydaları verəcəyi müəyyənləşdirilməlidir.