“Parlamentdə təmsil olunan partiyalar real siyasi qüvvələrdir”-Aydın Mirzəzadə Siyasət

“Parlamentdə təmsil olunan partiyalar real siyasi qüvvələrdir”-Aydın Mirzəzadə

“Seçici qarşısına çıxa bilməyən bəzi siyasətçilər var ki, onlarla bağlı parlamentdə fikir bildirilməsi doğru deyil. Onlar sadəcə kompüter qarşısında əyləşərək blogerlik edirlər”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə diqqətə çatdırıb ki, parlamentdə təmsil olunan partiyalar real siyasi qüvvələrdir: “Bir daha qeyd edirəm ki, real siyasi qüvvələri təmsil etməyən insanların adlarının parlamentdə çəkilməsi doğru deyil”.