“Gürcüstan müstəqilliyinin bahasına artıq bu proseslərin qarşısını alır”-deputat Siyasət

“Gürcüstan müstəqilliyinin bahasına artıq bu proseslərin qarşısını alır”-deputat

“Bəzi radikal partiyalar qarayaxma ilə məşğuldur. Xarici kəşfiyyata işləyirlər”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Gürcüstan müstəqilliyinin bahasına artıq bu proseslərin qarşısını alır: “Bu gün Azərbaycanda gedən müsbət proseslər, Qarabağda aparılan abadlıq quruculuq işləri, eyni zamanda qlobal fəaliyyətlə bağlı qarayaxma kampaniyası ilə məşğuldurlar. “TikTokerlik edənlər sadəcə böhtanlıa məşğul olur. Sosial şəbəkədə bunların yaydığı informasiyanı oxuyan əhali bilməlidir ki, bu böhtan və şərdən ibarətdir. Xalq bilməlidir ki, bu adamlar bahalı maşın sürür və övladlarını xaricdə oxutdururlar”.