Prezident İlham Əliyev: Macarıstanla birgə səylərimizi TDT çərçivəsində bundan sonra da davam etdirəcəyik Siyasət

Prezident İlham Əliyev: Macarıstanla birgə səylərimizi TDT çərçivəsində bundan sonra da davam etdirəcəyik

Macarıstanla birgə səylərimizi TDT çərçivəsində bundan sonra da davam etdirəcəyik.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Macarısan Baş naziri Viktor Orbana məktubunda deyilir.

"Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda qeyd olunub.