Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan Siyasət

Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan

Təbii ki, biz Rusiya ilə iqtisadi əlaqələri davam etdirməli və dərinləşdirməliyik. Ermənistan dünyanın istənilən ölkəsi ilə çoxşaxəli iqtisadi əlaqələrə malik olmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.

Onun sözlərinə görə, yola nəzarət yox, montitorinq lazım ola bilər:

“Ermənistan ərazisindən keçən istənilən yol bizim suverenliyimiz çərçivəsindədir. Təbii ki, regionun digər dövlətlərinin etimad göstərməsi üçün nəzarət yox, ancaq müəyyən monitorinq lazım ola bilər. Bu məsələlər müəyyən qədər texniki, müəyyən dərəcədə siyasi, müəyyən dərəcədə dövlət xarakteri daşıyır. Düşünürəm ki, ölkələr arasında “qızıl orta” tapılacaq”, - Sukiasyan qeyd edib.

Moskvanın Zəngəzurdan keçən yola nəzarət etməkdə israrlı olması ilə bağlı iradlara cavab olaraq deputat deyib ki, istənilən ölkə öz maraqlarını irəli aparmağa çalışır:

“Hər hansı bir dövlətin daha çox əldə etmək istəyi adi haldır. Bir də ki, əksinə olur: ya nəyisə vermir, ya da verir. İndi biz dövlət olaraq digər dövlətlərlə danışıqlarda Ermənistan üçün ən yaxşısını istəyirik. Və burada “qızıl orta” tapılacaq. Düşünürəm ki, biz bu məsələnin üzərində çox dayanmışıq və bununla da əlaqəni çətinləşdiririk. Buna gərək yoxdur. Beynəlxalq birliklər, nizam-intizam, beynəlxalq əlaqələr, dövlətlər arasında imzalanmış müqavilələr var. Nəticədə hər şey həll olunacaq və hesab edirəm ki, Ermənistanın açıq siyasət yürütməsi düzgün olar”.