“PKK-nın atdığı addımlar daha çox ABŞ-nin işinə yarayır” Siyasət

“PKK-nın atdığı addımlar daha çox ABŞ-nin işinə yarayır”

“Ankara törədilən terror aktında 2 faktor özünü göstərir. Bunlardan birincisi odur ki, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının terrorun bitməsi ilə bağlı qarşı tərəf olaraq Abdullah Öcalanı görməsi Kandildəki PKK-nın ciddi narazılığına səbəb oldu. Oradan təcili açıqlama gəldi ki, “biz, Öcalanı lider olaraq tanımırıq, o, faktiki olaraq Türkiyə hökumətinin əlində bir oyuncaqdır, Türkiyənin nəzarətindədir, o baxımdan onun bizim üzərimizdə hər hansısa bir hökmü yoxdur”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.
A.Ələsgər qeyd edib ki, ardınca bu hadisənin baş verməsi ona işarət edir ki, PKK Öcalan üzərindən terrorun bitməsi ilə müzakirələr aparılmasında maraqlı deyil: “Bunu göstərir ki, əgər bu barədə müzakirə aparmaq istəyirsinizsə bizimlə aparın, amma Türkiyədə onlarla müzakirə yox, mübarizənin tərəfində olanlar və terrorçu ilə danışıqların əleyhinə olanların sayı da kifayət qədər çoxdur. İctimaiyyət də PKK-nın bitirilməsi tərəfindədir, nəinki, hansısa bir qanadı ilə danışıqların aparılması məsələsində. Yəni cəmiyyət də burada daha radikal şəkildə terrorun bitirilməsinin tərəfindədir”.
A.Ələsgər burada ikinci faktor kimi Türkiyə ABŞ münasibətlərini qeyd edib: “Türkiyə Prezidenti Azərbaycan və digər dövlət başçıları ilə birlikdə Putinin dəvəti ilə Tatarıstanda BRİCS toplantısına qatılıb. O baxımdan bunu həm də qəhrəman Kazanda baş verənin Kazandakı diplomatik münasibətlərə ABŞ-nin cavabı olaraq da qiymətləndirənlər az deyil. Çünki PKK hər kəsə məlum olduğu kimi Sovetlər tərəfindən qurulsa da hazırda ABŞ-nin oyuncağıdır, ABŞ-nin dediyi ilə oturub durur. O baxımdan hesab edirəm ki, burada PKK-nın atdığı addımlar daha çox ABŞ-nin işinə yarayır və ABŞ-nin Türkiyəyə gözdağı mesajı kimi də qiymətləndirilə bilər”.

Röya İsrafilova