Maore Komitəsinin üzvü: Fransa Mayot adasında su problemi ilə bağlı addım atmır Siyasət

Maore Komitəsinin üzvü: Fransa Mayot adasında su problemi ilə bağlı addım atmır

“İnfrastruktur problemi əsas problemlərdəndir, əsasən də içməli su problemi ilə üzləşirik”.

APA xəbər verir ki, bu barədə “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında Mayot adasının Maore Komitəsinin üzvü Abubakar Matuar deyib.

O bildirib ki, hökumətə problemlərlə bağlı müraciət ediblər: “Bunu aradan qaldırmaları üçün təşəbbüs göstərməlidirlər, ancaq onlar bununla bağlı heç bir addım atmayıb. 2018-ci ildən bu tərəfə artıq ada bütün tərəflərdən blokadaya alınıb”.