“Hadisəni törədənlər cəzalandırılmalıdır” Siyasət

“Hadisəni törədənlər cəzalandırılmalıdır”

“İstənilən terror addımlarını pisləyirəm”. Bunu xalqcebhesi.az-a açıqlamasında professor Rüfət Quliyev oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə müəssisəsində baş verən terror aktı haqqında danışarkən deyib. O, vurğulayıb ki, Türkiyə kimim ölkələrdə hansısa problemləri terrorla həll etmək ağlabatan deyil: “Bu, məntiqsiz yanaşmadır, faciədir. Ona görə ki, terror vaxtı mülki insanlar, uşaqlar həlak olur. Onların heç bir günahı yoxdur. Ona görə də dövlət, xüsusi xidmət orqanları tərəfindən terror aktlarının qarşısı alınmalı, ondan sonra hadisəni törədənlər cəzalandırmalıdır. Terror halları yolverilməzdir”.