“Etnik təmizləmə kimi absurd iddialara sərt cavab verilməlidir” Siyasət

“Etnik təmizləmə kimi absurd iddialara sərt cavab verilməlidir”

“Avropa Parlamentinin, ümumiyətlə, Qərbin bəzi institutlarının Azərbaycana qarşı yönəlik sərsəm bəyanatları kifayət qədər qəzəb doğurur. Əsas məsələ də təbii ki, erməni canilərinin, separatçılarının siyasi məhbus kimi elan olunması, absurd olan etnik təmizləmə iddiası, bütün bunlar qəbuledilməzdir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, daxili problemləri özümüz çözməli, Qərbə təqdim etməməliyik ki, Azərbaycana qarşı iyrənc mövqede olan qüvvələrə bəhanə verməyək: “Avropa və Qərb strukturlarından erməni canilərinin siyasi məhbus kimi elan olunması cəhdlərinə, etnik təmizləmə kimi absurd iddialara da çox sərt cavab verilməlidir”.
N.Cəfərli əlavə edib ki, bir tək hakimiyyət orqanları tərəfindən yox, əlaqələri olan müxalif partiyalar və qeyri-hökumət təşkilatları da bununla bağlı çox ciddi mövqe ortaya qoymalıdırlar: “Hər dəfə görüşlərdə, xarici konfranslarda bizim belə bir mövqemiz olur. Keçən həftə mən Praqada böyük bir konfransda idim, orada da bu haqda danışdım. Yəni bu, dövlət maraqları məsələsi olduğuna görə mütləq bu mövqelər Qərb dairələrinə çatdırılmalıdır”.

Röya İsrafilova