“Qərbə nəinki bel bağlamaq, heç arxa çevirmək də olmaz” Siyasət

“Qərbə nəinki bel bağlamaq, heç arxa çevirmək də olmaz”

“Qarabağda Zəfər əldə etdikdən, ən əsas da suverenliyimizi bərpa etdikdən sonra Qərb təsisatlarının Azərbaycanın əleyhinə yürütdüyü siyasətin daha da alovlandığının şahidiyik. Nəinki biz, hətta bütün dünya”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, Avropa Parlamentini onsuz da bilirik, bu dəfə də yenə yaddaşımızı təzələdilər: “Məsələ orasındadır ki, onların əlinə su tökən, sapı özümüzdən olan baltalar da daxil olmaqla Azərbaycanın uğurlarını həzm edə bilməyənlərin yanında məhz Avropa Parlamenti tərəfindən təşkil olunan Azərbaycan əleyhinə müzakirələrdə Avropa İttifaqı da yer alırsa, o zaman hardadır Brüssel formatı, neytral vasitəçilik, insan hüquqları? Deməli, həqiqətən də Qərbə nəinki bel bağlamaq, heç arxa çevirmək də olmaz”.