“Bu gün Daşkənddə səsvermə prosesini izlədik” Siyasət

“Bu gün Daşkənddə səsvermə prosesini izlədik”

“Bu gün Daşkənddə səsvermə prosesini izlədik və ATƏT-in seçki missiyası ilə bağlı mətbuatın suallarını cavablandırdıq”. Bunu xalqcebhesi.az-a açıqlamasında Özbəkistanda ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev deyib.

O bildirib ki, keçən il həyata keçirilən konstitusiya islahatlarından sonra ilk dəfə olaraq özbək xalqı qarışıq, yəni həm proporsional, həm də majoritar sistem əsasında parlament üzvlərini seçəcəklər: “28 oktyabr saat 15:00-da keçirəcəyimiz birgə mətbuat konfransında ATƏT-in seçki missiyasının ilkin rəyini ictimaiyyətə təqdim edəcəyik”.