“Cənubi Qafqaza Ermənistan vasitəsi ilə daxil olmağa çalışırlar” - deputat Siyasət

“Cənubi Qafqaza Ermənistan vasitəsi ilə daxil olmağa çalışırlar” - deputat

“Avropa Parlamentində belə bir fikir səslənir ki, Azərbaycanla qaz müqavilələri ləğv olunsun”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
O, bildirib ki, 2021-ci ildə Avropa Birliyi Komitəsinin sədri Azərbaycana müraciət edərək bu fikirləri səsləndirdi: “Azərbaycan bizim etibarlı tərəfdaşımızdır, Azərbaycanla tərəfdaşlığa biz böyük önəm veririk. Avropanın Enerji diversifikasiyasın şaxələndirilməsi üçün əsas partnyorlarımızdan biri Azərbaycandır”.
2021 də bu sözləri deyənlər 2024-cü ildə də niyə əks fikirləri səsləndirirlər?. Avropanın qaza çox böyük ehtiyacı var. Azərbaycan Avropaya 20 milyon kub metr qaz ixrac etməyi hədəfləyib. Belə olduğu halda, məlumdur ki, bunlar Rusiyadan gələn qaza o qədər də etibar etmirlər. Özləri də bunu dəfələrlə səsləndiriblər. Azərbaycan 2023-cü ildə bütün ərazilərində suveren hüquqlarını bərpa etdikdən sonra, dünyada müstəqil iqtisadi siyasət yürütməsi Qərbi qane etmir. Eyni zamanda Avropa özünün ssenariləri əsasında digər ölkələri idarə etməyə çalışır. Xususilə Cənubi Qafqaza Ermənistan vasitəsi ilə daxil olmağa çalışırlar. Çünki Ermənistan daim siyasi alət olub...”.

Günel Elxan