Bakı və İrəvandan qısa vaxtda xoş xəbər... - Ərdoğan Siyasət

Bakı və İrəvandan qısa vaxtda xoş xəbər... - Ərdoğan

Azərbaycan və Ermənistanın sülh üçün səmimi səylərini yaxından izləyirik, ən qısa zamanda xoş xəbər almağa ümid edirik.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qarabağın 30 illik işğalının başa çatması ilə Cənubi Qafqazda davamlı sülh üçün unikal imkan yaranıb. Biz can Azərbaycan və Ermənistanın bu istiqamətdə apardıqları səmimi işləri diqqətlə izləyirik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.