101 yaşın mübarək, Türkiyəm! Siyasət
İzzət Sarı
Onlarca qanlı müharibənin ardından Mustafa Kamal Atatürk tərəfindən bir əsr əvvəl qurulan Türkiyə Cümhuriyyətinin 101-ci ilini cəmiyyət olaraq böyük bir coşqu ilə qeyd edirik.
Cümhuriyyət qurulduğu gündən bəri çox bəlalar atladıb. Çox hiylələr ilə onun yolunu kəsmək, hətta parçalamaq istəyənlər olsa da, lakin bu nəcib xalqın üstün uzaqgörənliyi və zəkası ilə dəfələrlə bu cəhdlərin qarşısını almışıq.
Bu əziz və nəcib millət öz içində davamlı olaraq davalar etmiş olsa da, kənardan edilən müdaxilələr qarşısında birlik və bərabərliyini hər zaman qoruyaraq bu günlərə necə gəldiysə, bundan sonra da bu yolda davam edəcək.
Böyük öndər Mustafa Kamal Atatürkün dediyi kimi: “Türkiyə Cümhuriyyəti əbədi olaraq yaşayacaqdır”.
Ona görə də bu cənnət vətəni əbədi yaşatmaq üçün hamımız üzərimizə düşəni ən yaxşı şəkildə etməliyik.
Bir əsrdir Qərb ölkələrinin içimizdəki dini icmaları, məzhəbləri və hətta müxtəlif terror təşkilatları vasitəsilə önü kəsilmək istənilən Türkiyə oynanılan oyunları gec də olsa fərq edərək birlik və bərabərlik içində maneələri bir-bir aşıb bu günlərə gəlib çatıb.
Daha dünən; qərblilərin içimizdəki tərəfdaşlarından istifadə edərək çevirilişlərlə bu ölkənin önü kəsilmədimi?
Daha dünən; Türkiyənin şimalındakı qonşuları Rusiya və Ukraynanı müharibəyə sövq edən, bölgəni atəşə verən eyni zehniyyət deyilmi?
Daha dünən; Ərəb baharı ilə Liviya, İraq və Misir liderlərini öldürüb daxili qarışıqlıq yaradan və bölgəni köçə məcbur edən, bununla da müharibə üçün zəmin yaradan sionizmin çirkin gündəm deyildimi?
Daha dünən; Amerikanın qorxulu yuxusu olan BRICS-in qarşısını almaq üçün Rusiyanın Kazan vilayətində keçirilən liderlər zirvəsi və eyni gün bölücü terror təşkilatı PKK tərəfindən Ankarada həyata keçirilən TUSAŞ hücumu bir təsadüf ola bilərmi?
Daha dünən; yenə eyni zehniyyət tərəfindən çirkli əməllər üçün istifadə edilən daxili xainlər vasitəsi ilə 15 iyul hadisələrini yaşamadıqmı?
Təbii ki, I və II Dünya müharibələrini, Balkan müharibəsini, Çanaqqala və ən önəmlisi Qurtuluş savaşını unutmayacağıq.
Bu müharibə illərini unutmadan çirkli və zəhərli oyunları fərq edərək düşmənə qarşı hər zaman ayıq və daim hazır olmaq lazımdır.
Ölkəni idarə edən liderlərin onlarla səhv və qüsurlarına baxmayaraq necə ki, əcdadlarımız eradan əvvəl 247-ci ilədək Xanların başçılığı altında öz varlığını sürdüşmüşdüsə, necə ki, Çingiz xanlar, Atillalar, Oğuzlar, Səlcuqlar, Osmanlılar və yaxın tarixdə Qazi Mustafa Kamal Atatürkün liderliyində külündən yenidən doğulub varlığını davam etdirib bu cənnət vətəni bizə buraxıblarsa...
Bu səbəbdən bizlər də daxildə və xaricdə olan zehniyyətin kirli və zəhərli oyunlarını öncədən görüb varlığımızı və bu cənnət vətəni gələcək nəsillərə ötürmək üçün hər zaman hər cür oyuna qarşı hazır və ayıq olmalıyıq.
101 yaşın mübarək, Türkiyəm!