Aİ səfiri: 10 gün sonra Bakıda COP29 başlayır Siyasət
10 gün sonra Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlayır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” platformasındakı paylaşımında bildirib.
“Planetimiz üçün əsas prioritet olan iqlim fəaliyyətinə həsr olunmuş ən böyük qlobal konfrans COP29 10 gündən sonra Bakıda başlayır”, - Mixalko paylaşımında bildirib.