Milli Məclisin deputatı: Azərbaycan COP29-dan çox şey gözləyir Siyasət

Milli Məclisin deputatı: Azərbaycan COP29-dan çox şey gözləyir

"Azərbaycan COP29-dan çox şey gözləyir. Burada toplanmalı olan vəsaitin böyük bir qismi iki ölkə arasında müharibəyə sərf olunur".

APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov "Azərbaycanın dayanıqlı inkişafı naminə: ESG üzrə vahid platformanın və milli standartın təqdimatı" tədbirində söyləyib.
O deyib ki, Azərbaycanın Vətən müharibəsindəki zəfəri dünya ölkələri üçün uğurlu nümunə ola bilər:

"Azərbaycanın COP29-dan gözlədiyi və bütün dünyanın toplamağa çalışdığı vəsaitin yarısı elə iki dövlət arasında gedən müharibəyə xərclənir. İkinci məsələ isə ondan ibarətdir ki, Azərbaycanın özünün Vətən müharibəsində qələbəsi ilə yaratmış olduğu presedent dünyanın xilasına səbəb ola bilər. Hazırda Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadi imkanlarına görə Azərbaycan üçüncü yerdədir. Bu indekslər onu göstərir ki, Azərbaycanda uğurlu siyasət həyata keçirilir".