Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
6 Noyabr 21:50
6 Noyabr 21:50
6 Noyabr 21:45
6 Noyabr 20:15
6 Noyabr 20:13
“COP hərəkatı, iqlim dəyişiklikləri 1995-ci ildən başlayaraq qlobal bir prosesə çevrildi. İlk olaraq Almaniyadan dövlətlər üzərlərinə müxtəlif öhdəliklər, hədəflər götürməklə, o cümlədən bunun maliyyə əsaslarını yaratmaqla həqiqətən də dünya ekosistemini qoruyub saxlamaq və Yer planetini hifz etməyi qət etdilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib.
Deputat, “Elə o dövrün özündə Almaniyada dağ-mədən sənayesi, kimya sektorunun 100 minlərlə insanı küçə və meydanlara çıxıb nələrəsə etiraz edirdilər ki, temperaturun aşağı salınması, istiləşmənin qarşısının alınması prosesləri, yaşıl və bərpa olunan enerjiyə keçid addımları həmin qeyd etdiyimiz sferaları işsiz qoyacaq, bu insanların sosial həyatını çətinləşdirəcək və s. Elə başlanğıc nöqtədə iqlim diplomatiyasına, hədəflərinə, ambisiyalarına münasibətdə çox müxtəlif reaksiyalar vardı” deyə əlavə edib.
O, hazırkı rəqəmlərin çox vahiməli olduğunu dilə gətirib: “37,55 qiqaton miqdarında karbon oksidi atmosferə atılır və onun içərisində Çin 12 milyard kub metrdən artıq karbon qazlarının emissiyasında rol oynayır. 5 milyard kubmetrdən artıq olmaqla ABŞ ikinci yerdədir. Hindistan, Rusiya və Yaponiya da dediyimiz bu beşliyə daxil olur. Belə olan təqdirdə Azərbaycan artıq sayca 29-cu olan bu qlobal sammitin keçirilməsinə ev sahibliyini bütün dövlətlərin razılığı ilə qazanıb. Amma təəssüflər olsun ki, bunun ətrafında böyük bir qismi Azərbaycanda neft emal olunmasını “əsas göstərib” çox amansız şəkildə Yer planetinə və BMT-nin təşəbbüsü ilə başlayan bu hərəkata zərbə vurmaqdadırlar. Biz bunun paralelini eynən 30 il ərzində Qarabağ, ərazi bütövlüyümüz məsələlərində görmüşük”.
Z.Oruc vurğulayıb ki, faktiki olaraq beynəlxalq geosiyasətin, geosiyasi iqlimin daha da amansız, ağır olmağında iştirakçı dövlətlər, bu proseslərdə də eynən müxtəlif medianın, vətəndaş cəmiyyəti institutlarının və s. əli ilə baykotçu, təziqçi və fərqli bir gündəliyin formalaşdırılması yönündə addımlar atmaqdadırlar.
Röya İsrafilova