Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
6 Noyabr 21:50
6 Noyabr 21:50
6 Noyabr 21:45
6 Noyabr 20:15
6 Noyabr 20:13
Bu ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasının noyabrında 6-da “zoom” vasitəsilə növbəti hibrit görüşü keçirilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Xalqcebhesi.az-a bildirib ki, inklüzivlik amilinin əsas götürüldüyü COP29 QHT Koalisiyası qısa müddətdə iqlim dəyişmələri ilə mübarizədə dünyanın 85 ölkəsindən olan vətəndaş cəmiyyəti təşkilatlarının vahid səsinə çevrilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik 110 təşkilat COP29 QHT Koalisiyasının üzvüdür. Ümumilikdə, Koalisiyada yer alan təşkilatların sayı isə 380-ə çatıb. Koalisiyanın əsas məqsədi yerli və beynəlxalq QHT-lər arasında iqlim dəyişmələri ilə mübarizədə qlobal əməkdaşlığı təşviq etməkdir.
Bu dəfəki görüşdə COP29-da iştirakla əlaqədar məsələlər koordinasiya edilib, QHT-lər tədbirlər barədə məlumatlandırılıb.
Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) təmsilçisi Filip Kionzo COP29 zamanı Azərbaycan Milli QHT Forumu ilə birgə təşkil olunacaq beynəlxalq tədbir barədə danışıb. Görüşdə Azərbaycanın COP Atəşkəsi Çağırışı növbəti dəfə alqışlanıb.