“Bu qərarda Qərb dairələrinin təlimatı aşkar şəkildə hiss olunur” Siyasət

“Bu qərarda Qərb dairələrinin təlimatı aşkar şəkildə hiss olunur”

“Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Bakıda keçiriləcək COP29 Sammitində iştirak etməyəcək. Bu qərarı biz birbaşa onun təmsil etdiyi qurumun ölkəmizə qarşı ənənəvi qərəz siyasətinin tərkib hissəsi kimi dəyərləndirə bilərik”. Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Politoloq vurğulayıb ki, bu qərarda Qərb dairələrinin təlimatı aşkar şəkildə hiss olunur: “Hər zaman siyasi məsələlərdə Azərbaycana qarşı ikili standartlar nümayiş etdirən bu qurumlar indi də dünyanı əhatə edən bir problemdə belə öz xislətlərini kənara qoya bilmirlər. Demək ki, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirəcək məsələlər bu təşkilatları qətiyyən maraqlandırmır. Onları maraqlandıran yeganə amil bölgədə sülhün formalaşmasına əngəl yaratmaq, xaos üzərindən çirkin niyyətlərini icra etmək və bütün bu sabotaj meyillərində Ermənistandan manipulyasiya aləti kimi istifadə etməkdir”.

Röya İsrafilova