Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
“Demokratiyadan, sülhdən, insan haqlarından dəm vuran Qərb dairələri Ermənistanı silahlandırmaqla sülhə qarşı çıxırlar”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat əlavə edib ki, onlar Cənubi Qafqazda çox kövrək olan Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirmək istəyirlər və bütün bunlarla da yeni bir müharibənin hazırlıqlarını görürlər: “Həmçinin COP29 ərəfəsində Azərbaycana qarşı bunu təzyiq aləti kimi istifadə edən həmin qüvvələr çox təəssüflər olsun ki, bəşəri dəyərlərdən kənar addım ataraq öz maraqlarını həmin dəyərlərdən üstün tuturlar və Ermənistanı cəsarətləndirməklə sülhə kölgə salırlar”.
N.Həmzəyev qeyd edib ki, istənilən halda Azərbaycan bütün bu məkrli planları pozacaq: “Onsuz da bizim torpaqlarımızı işğaldan azad etməyimiz həmin qüvvələrin planlarını alt-üst edib və bu baxımdan da bizə qarşı təşkil edilən bu hücumların qarşısını uğurla alacağımıza inanırıq. Tezliklə Qərb dairələrinin ədalətli, vicdanlı siyasətçilərinin bu yarıtmaz ermənipərəst siyasətə dur deyəcəkləri vaxt da gəlib çatacaq. Biz Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülhə nail olacağıq və Azərbaycan gücünə güc qatacaq, eyni zamanda, Cənubi Qafqazın aparıcı dövləti olaraq Qafqaz ailəsi ideyasının reallaşdırılması üçün nə mümkündürsə edəcək”.
Röya İsrafilova