Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
COP29-a sayılı günlər qalıb. COP29 öncəsi bir neçə Qərb mediasında Azərbaycana qarşı inanılmaz basqı var. Hətta, deyərdim ki, Azərbaycan heç vaxt bu qədər ağır informasiya müharibəsinin içində olmayıb (ən son müharibə dövründə idi).
Xalqcebhesi.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas bildirib.
O, qeyd edib ki, Bakıda keçiriləcək tədbir bəlkə də yeganə COP-dur ki, bəzi medialar mövzudan çox keçirən ölkəni danışır:
"Sanki Azərbaycan böyük bir daş olub, düşüb başlarına. Nüfuzlu mediaları oxuyursan, görürsən ki, iqlimdən yazır, Azərbaycanda neftdən yazır, sonunu da gətirir bağlayır Qarabağa ki, guya Azərbaycan etnik təmizləmə edib, insanları didərgin salıb.
Elə bil, kimsə bütün düymələrə basıb ki, "vurun". Təkcə Amerikadakı erməni təşkilatı ANCA-nın X hesabında Azərbaycana qarşı yazılan onlarla məqalənin "reshare" olunduğu görünür. Əslində açıq-aydın bəllidir ki, sifariş və dəstək haradan gəlir.
Bunun qarşılığında Azərbaycanla bağlı pozitiv notlarda paylaşım edən medialara qarşı linçləmə var. Ən son Azərbaycanda günəş panelləri haqqında paylaşım edən "Nas Daily" çox ağır şəkildə hücuma məruz qaldı.
Biz qələbə qazanmışıq və cəmiyyətdə hiss edilir ki, qalib tərəf olaraq artıq heç nə vecimizə deyil, bizi maraqlandırmır. Amma informasiya müharibəsi çox böyük arealda davam edir və dayanmır. COP29 bir bəhanədir. Bu diqqətdən istifadə edib, hər tərəf öz marağını güdür.
Bildiyim bir şey var ki, bizim böyük düşmən qonşumuz ermənilər yox, məhz Amerikada, Avropada məskunlaşmış ermənilər olub. Onlar daha güclü, geniş əlaqəli və dəqiq olublar. Ola bilər, biz qonşumuzdakı ermənilərlə sülhə nail olaq, amma təşkilatlanmış, Ermənistan vətəndaşı olmayan xaricdəki ermənilər hər fürsətdə bax bu formada bizi vurmağa çalışacaqlar.
Ümid edirəm, Azərbaycan bu ağır tədbiri uğurla təşkil edib, üzüağ çıxacaq. Buna qətiyyən şübhəm yoxdur. Ən yaxşı cavabı da vermiş olacaq".