Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq Siyasət

Bu ölkənin Bakıda konsulluq şöbəsi açılacaq

Bu gün Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü il noyabrın 3-də qurulub. Bu ay isə biz Çilinin Bakıda konsulluq şöbəsini açacağıq.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil edilən tədbirdə bildirib.

O qeyd edib ki, Çili Latın Amerikasının Azərbaycandan ən uzaq ölkəsi olduğuna görə, ikitərəfli münasibətləri və ticarəti dərinləşdirmək asan məsələ olmayıb.

"Çilidən COP29-da iştirak üçün Azərbaycana 121 nəfərlik nümayəndə heyətinin tərkibində iki nazir gələcək. Biz Azərbaycanı COP29 üçün dəstəkləyirik", - Ciankarlo Alberti qeyd edib.