İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
“Azərbaycanın Qarabağ Zəfəri və iqtisadi inkişafı, həmçinin Azərbaycanın bu gün beynəlxalq tədbirlərə ev sahibliyi etməsi anti-azərbaycan blokunu narahat edir. Lakin onu demək lazımdır ki, bütün bu sadaladığımız qələbələr düşmənlərimizi xar edir”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib.
O bildirib ki, bu anti-azərbaycan blokunun başında Fransa dayanır: “Fransanın bu gün anti-azərbaycan çağırışları dünyada özünə qarşılıq tapa bilmir. Çünki onlar həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə Azərbaycana qarşı qara piar kampaniyası başlatmağa çox çalışdılar. Lakin buna nail ola bilmədilər. Bu gün onların çağırışları da çox cılız görünür. Onlar ölkəmizin Cənubi Qafqazda, Şərqi Avropada artıq yüksələn bir güc olduğunu qəbul etməyə məcbur qalıblar”.
Röya İsrafilova