Prezidentin köməkçisi: COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələr qeydiyyatdan keçib Siyasət

Prezidentin köməkçisi: COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələr qeydiyyatdan keçib

COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələrin qeydiyyatı həyata keçirilib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bunların mütləq əksəriyyəti - 60 mini xarici qonaqlardır: “Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib”.