Azərbaycan Prezidenti İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşüb Siyasət
- 13 Noyabr 20:19
- 1 036
18:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikası Baş nazirinin müavini Din Süesən ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, Din Süesən Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Qonaq qeyd etdi ki, COP29-da dövlətimizin başçısının çıxışı çox dolğun və məzmunlu idi. COP29-un yüksək səviyyədə təşkil edildiyini və bundan məmnun olduqlarını deyən Çin Xalq Respublikası Baş nazirinin müavini dedi ki, bu, bir daha onu göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox yüksək təşkilatçılıq potensialı var. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyini vurğulayan Din Süesən qısa müddət ərzində Azərbaycanın belə miqyasda iş həyata keçirdiyini vurğuladı.
Çin Xalq Respublikası Baş nazirinin müavini bildirdi ki, Azərbaycanla Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Dövlətimizin başçısı da iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək bununla da əlaqələrimizin məzmunca daha da zənginləşdiyini vurğuladı.
Söhbət zamanı COP-un hazırlığı prosesində Azərbaycanın Çinin BYD şirkəti ilə əməkdaşlığı, bu şirkətin elektrik avtobuslarının ölkəmizə idxalı qeyd edildi, COP çərçivəsində hazırda onlardan istifadə olunduğu bildirildi. BYD şirkətinin elektrik nəqliyyat vasitələrinin Azərbaycanda istehsalı ilə əlaqədar razılığın əldə olunduğu diqqətə çatdırıldı.
Ölkələrimizin çoxtərəfli diplomatiyaya və xalqlararası dialoqa böyük önəm verdiyi vurğulandı.
“Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığa toxunuldu, Azərbaycanın bu layihəni dəstəklədiyi bildirildi və son dövrlərdə yükdaşımalarda artım müsbət amil kimi qeyd olundu. Azərbaycanın nəqliyyat infrastrukturunun və Bakı limanının potensialının artırılmasının gələcək yükdaşımalar üçün daha geniş imkanlar yaratdığı bildirildi.
Çinlə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.
-
FTX Ukrayna hərbi kəşfiyyat agentini saxlayıb
-
“Acwa Power”: Pensiya fondlarını, sığorta şirkətlərini bizimlə işləməyə inandırmağa çalışırıq
-
Rusiya 18 852 ədəd PUA itirib
-
AFFA rəsmisi: COP29-dan sonra Azərbaycanın daha nüfuzlu idman yarışlarına ev sahibliyi edəcəyinə inanıram
-
Xiyavda iş qəzası- Ölən və yaralananlar var
-
Emin Mahmudov zədələndiyi üçün Azərbaycan millisinin heyətindən çıxarılıb
-
Azərbaycan lideri Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİB
-
Azərbaycan dövlət başçısı Nepal Prezidenti ilə görüşüb
-
TDT ətraf mühit və dayanıqlı inkişaf sahəsində ortaq fəaliyyət planına imza atıb
-
COP29-un baş danışıqçısı tərəfləri yeni kollektiv kəmiyyət hədəfləri üzrə sənədin ilkin mətnini razılaşdırmağa çağırıb
-
COP29 çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
-
İstanbulda terror əməliyyatı
-
COP 29: Prezident Əliyev hansı mesajları verdi? – Deputatların şərhi
-
Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu ilə tanış olub - FOTO
-
Dövlət başçısı İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb
-
Azərbaycan dövlət başçısı İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - YENİLƏNİB
-
Prezident BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb - YENİLƏNİB
-
Nazir müavini: Azərbaycan təmiz enerjiyə keçiddə innovativ nüvə texnologiyalarına maraq göstərir
-
Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb - YENİLƏNİB
-
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
-
Pakistanın maliyyə naziri: Ölkələrimiz arasında investisiya və ixrac axınının potensialı böyükdür - Müsahibə
-
COP29-da dördüncü gün - FOTO
-
BMT nümayəndəsi: Bakıdakı Beynəlxalq Yayım Mərkəzi COP tarixində gördüyüm ən heyrətamiz Media Mərkəzidir
-
İsrail nümayəndəsi: Biz COP29-a uyğunlaşma məsələlərində töhfə verə bilərik
-
Vüqar Gülməmmədov: İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər digər ölkələr üçün aktualdır
-
Akademik Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıdıb
-
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görüldü
-
Ankarada “Şuşa” musiqi qrupunun konserti olub
-
Şərqi Azərbaycan Milli İnkişaf Fondundan bəhrələnməyib - Jailə 2024.11.14, 10:59
-
Young Simpson: Better Cotton Initiative ilə əməkdaşlıq GP Cotton üçün önəmlidir
-
COP29-un Prezidenti: Qobal iqlim məqsədlərinə nail olmaq imkanları genişdir, sadəcə həmrəyliyə ehtiyac var
-
Nazir: Azərbaycan kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinə önəm verir - FOTO
-
COP tarixində ilk: Rəqəmsallaşma Günü
-
Braziliyada Ali Məhkəmənin qarşısında partlayış
-
“Bakı böyük bir tədbirə ev sahibliyi etməklə adını tarixə yazdı”
-
Əmək müqavilələrinin sayı 3,5 faiz artıb
-
Türkiyəli nazir: COP29-a sədrlik etməklə türk qardaşlarını şərəfləndirən Azərbaycandayıq
-
Qlobal səfir: İqlim dəyişikliyinin təsirlərinə qarşı QHT-lər bir araya gəlməlidir
-
Azərbaycanda əmək müqavilələrinin sayı artıb
-
Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşıb
-
Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb - Faktiki hava
-
Kubanıçbek Ömuraliyev: 35-ə yaxın əsas istiqamətdə əməkdaşlığı genişləndirmək səylərini davam etdiririk
-
Rusiya və Ukraynaya səfər edə bilər - Özer
-
COP29 çərçivəsində TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planı imzalanıb
-
Yusif Abdullayev: Enerji istehsalında "yaşıl" enerjinin payını 30%-ə çatdırmaq istəyirik
-
Yalçın Rəfiyev: İqlim böhranından xilasın yeganə yolu iqlim maliyyəsinin təminatıdır
-
Dünyada təxminən 800 milyon insan şəkərli diabetdən əziyyət çəkir
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
Naxçıvanda dumanlı hava ilə bağlı xəbərdarlıq olunub
-
Bu günün valyuta məzənnələri
-
Kaliforniyalı nazir: Azərbaycanın "yaşıl" enerji potensialı böyükdür, biz tərəfdaşlar axtarırıq
-
COP29-də aktivistlər iqlim maliyyəsinin ədalətli formalaşdırılması tələbi ilə aksiya keçirib - FOTO
-
Ukrayna ordusunun əlli muzdlusu məhv edilib
-
Danışıqları Zelenski həll etməyəcək - Lavrov
-
Bir gecədə daha iki PUA məhv edilib
-
Top Amerika tərəfindədir - Lavrov
-
Əmtəə bazarlarında qızılın qiyməti 2600 dollardan aşağı enib
-
Qəzzada 300-dən çox humanitar təşkilatların işçisi öldürülüb
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
CNN: Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər