"Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” Siyasət

"Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri

Bəzi beynəlxalq təşkilatlar, dövlətlər və onların rəsmiləri Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərəzli tənqidlər səsləndirirərək etirazlarını bildirdilər. Xüsusən, güclü neft və qaz sənayesinə malik olan, mədən yanacağı hasil edən Azərbaycanın iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizədə səmimi yanaşmasını şübhə altında qoymağa çalışırdılar. Eyni zamanda, Azərbaycanın ev shaibliyi etdiyi digər mötəbər tədbirlər ərəfəsində olduğu kimi ənənəvi iddilar və ittihamlar da sələndirildi və bu günlərdə də bu cür həqiqətdən uzaq bəyanatlar,açıqlamalar verilir. Rəsmi Bakının COP29-a ev sahibliyi etmək məsələsinə həssas və məsuliyyətlə yanaşdığını bilərək, bundan yararlanmaqla Azərbaycan-Ermənistan danışıqlarına öz maraqlarından çıxış edərək təsir etməyə cəhdlər oldu.

Lakin bu tənqidlər və bu qarayaxma kampaniyaları son nəticədə geniş rəğbət qazana bilmədi. Çünki, ilk növbədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin geniş dəstəyi ilə gerçəkləşdi. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər əsas beynəlxalq qurumlarla birlikdə Azərbaycanın təşəbbüsünü təqdir edərək, potensialını yüksək qiymətləndirib.
Azərbaycan hökuməti COP29-a hazırlaşmaq üçün əhəmiyyətli səylər sərf edərək, iqlim problemlərini həll etmək üçün bir sıra təsirli təşəbbüslər təklif edib. Planlara Azərbaycanın iqlim siyasətinə proaktiv yanaşmasını göstərən iqlim maliyyəsi və karbon bazarlarının inkişafı kimi kritik məsələlər üzrə qərarların qəbul edilməsi daxildir.
Azərbaycanın diplomatik dəstəyi, hərtərəfli hazırlıqları və ictimaiyyətin geniş iştirakı kənar tənqidlərin təsirini minimuma endirdi.
Azərbaycan ambisiyaları fəaliyyətə çevirmək, götürülmüş öhdəlikləri real iqtisadi nəticələrə çevirməsinə çalışır. Rəsmi Bakı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) inkişaf etməkdə olan ölkələrin, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş ölkələrin ehtiyac və prioritetlərini həll etmək məqsədinə adekvat olmasına səy göstərir. Məhz bu cür real və nəticəyönümlü fəaliyyət Azərbaycanın uğurunu şərtləndirir. Həmçinin COP29 ən inklyuziv konfrans kimi də djqqəti çəkir.

Azərbaycan Prezidenti İlham Əliyev COP 29 Liderlər Sammitinin açılış mərasimində bir daha diqqəti ikili standartlara çəkib və rəsmi Bakının nailiyyətini göstərən rəqəmləri vurğulayıb:
“Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.
Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”.